Bank Of Baku

Röya və “Dəyirman” qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək

Röya və “Dəyirman” qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək
# 14 oktyabr 2008 08:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Röya ailə həyatı qurduqdan bəri ilk konsertini verəcək. Noyabrın 1-də baş tutacaq konsertdə Röya ilə birgə “Dəyirman” qrupu da çıxış edəcək. Konsertin təşkilatçısı Cavid Mustafaoğlunun APA-ya verdiyi məlumata görə, Əl Oyunları Sarayında keçirilməsi nəzərdə tutulan konsertdə tamaşaçılara bir çox sürprizlər təqdim olunacaq. Sürprizlərdən biri dünyanın məşhur qadın dj-i olan Elizabetin Azərbaycana gəlməsi olacaq. Konserti məhz dj Elizabet idarə edəcək. Təşkilatçının sözlərinə görə, konsertdə həm Röyanın, həm də “Dəyirman” qrupunun ən son və hit mahnıları ilə yanaşı, yeni mahnıları və duetləri də səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR