Bank Of Baku

“Best model of Azerbaijan-2008”in sonuncu seçimləri keçiriləcək

“Best model of Azerbaijan-2008”in sonuncu seçimləri keçiriləcək
# 14 oktyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu həftə “Best model of Azerbaijan-2008” model yarışmasının sonuncu seçimləri keçiriləcək. Layihənin koordinatoru Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, sonuncu seçim turunda 43 model iştirak edəcək. Finala vəsiqə qazananlarının adları həmin gün açıqlanacaq. Final mərhələsində 30 model (15 qız və 15 oğlan) iştirak edəcək. Noyabrda keçirilməsi nəzərdə tutulan milli seçim turunda bir qız və bir oğlan modeli “Best model of the world” müsabiqəsində iştirak hüququ qazanacaq. “Best model of Azerbaijan-2008” yarışmasının münsiflər heyətində Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələrdən də tanınmış simaların iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, müğənni Ruhinin rəhbərliyi ilə keçiriləcək builki müsabiqəyə 500-ə yaxın model sənəd vermişdi. Sentyabrın sonlarında “Excelsior” otelində müsabiqənin iki seçimi baş tutub.

“Best model of Azerbaijan” model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR