Bank Of Baku

Türkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək

Türkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək
# 16 oktyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə 2009-cu ilin yanvarın 30-da türkiyəli sənətçi Demet Akalın ilk dəfə olaraq Bakıda konserti keçiriləcək. Bu barədə APA-ya Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev Sarayında baş tutacaq konsertdə Demet Akalın möhtəşəm şou nümayiş etdirəcək və məşhur mahnılarını canlı orkestrlə ifa edəcək: “Bu il və gələn il üçün tanınmış müğənnilərin konsertlərini təşkil edəcəyimə söz vermişdim. Bakıda konsertlərini düzənləyəcəyimiz müğənnilərin çıxışı ilə həmvətənlərimizi sevindirəcəyimə əminəm”. Demet Akalının ilk dəfə Bakıda konsert verəcəyini bildirən N. Emiloğlu, elə bu səbəbdən də sənətçinin konsertə ciddi hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, konsertin informasiya dəstəyini www.apa.az və www.lent.az internet saytları verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR