Bank Of Baku

Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbe ilk dəfə Bakıda konsert verəcək

Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbe ilk dəfə Bakıda konsert verəcək
# 16 oktyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbe ilk dəfə olaraq Bakıda konsert verəcək. Sənətçinin Bakıda ilk konserti 8 Mart – Beynəlxalq Qadınlar Gününə təsadüf edəcək. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, artıq müğənni ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

N. Emiloğlunun sözlərinə görə, Bakıda xeyli pərəstişkarı olan Yıldız Tilbe onlarla da görüşmək niyyətindədir: “Yıldız Tilbe Bakıda pərəstişkarlarının olmasından xəbərdardır. Elə ilk səfərində biz onu pərəstişkarları ilə görüşdürəcəyik. Müğənni onlara imzalı şəkillərini də verəcək”.

Təşkilatçı müğənninin Bakını gəzəcəyini, paytaxtın tarixi yerlərə baş çəkəcəyini də vurğulayıb.

Qeyd edək ki, konsertin informasiya dəstəyi www.apa.az və www.lent.az internet saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR