Bank Of Baku

“Best model of Azerbaijan-2008”də iştirak edəcək modellərin siyahısı müəyyənləşib

“Best model of Azerbaijan-2008”də iştirak edəcək modellərin siyahısı müəyyənləşib
# 16 oktyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün “Best model of Azerbaijan-2008” model yarışmasının sonuncu seçimləri keçirilib. APA-nın məlumatına görə, sonuncu seçim turunda 39 model iştirak edib. Layihənin builki rəhbəri müğənni Ruhi, Lyubov Kutorova və stilist Anarın təmsil olunduğu münsiflər heyəti tərəfindən onların arasında seçim aparılıb. L. Kutorovanın rəhbərlik etdiyi “Fashion Model School”da keçirilən seçimlərdə 17-si qız, 15-i oğlan olmaqla 32 model layihənin finalına vəsiqə qazanıb.

Sonuncu seçim turunda qeyd olunub ki, yarışmanın final mərhələsi noyabrın 16-dək keçiriləcək, mərasim Heydər Əliyev Sarayında gerçəkləşəcək. Bu gün seçimlərdə iştirak edən modellərin səhnədə duruşu və yerişi ilə Lyubov Kuturova özü məşğul olub.

Layihənin rəhbəri olan Ruhi müsabiqənin gedişindən razı olduğunu, modellərin səviyyəsinin onu qane etdiyini deyib: “Bu gün biz 30 model seçməli idik, ancaq qızlar çox gözəl olduğuna görə əlavə 2 qız da seçdik”.

Xatırladaq ki, “Best model of Azerbaijan-2008” yarışmasının finalında bir qız və bir oğlan model “Best model of the world” müsabiqəsində iştirak etmək hüququ qazanacaq. Məhz bu yarışmada iştirak etmək üçün dünyanın bir neçə ölkəsindən mütəxəssislər Azərbaycana gələcək. “Best model of Azerbaijan-2008” yarışmasının münsiflər heyətində isə Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələrdən də tanınmış simaların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, “Best model of Azerbaijan” model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR