Bank Of Baku

Çelik Bakıda xeyriyyə konserti verəcək

Çelik Bakıda xeyriyyə konserti verəcək
# 17 oktyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda iş quran və burada yaşamağa qərar verən türkiyəli sənətçi Çelik Erişçinin Bakıdakı ilk konserti xeyriyyəçilik məqsədi daşıyacaq. O, konsertdən əldə olunacaq gəliri valideyn himayəsindən məhrum uşaqlara verəcək. APA-nın məlumatına görə, sənətçi konserti yeni açdığı “Le Paris” restoranında keçirmək fikrindədir: “Bakıda ilk konsertimi məhz xeyriyyə məqsədilə təşkil edəcəyəm. Həmin konsertdən əldə olunan gəliri isə kimsəsiz uşaqlara verəcəyəm. Valideyn himayəsindən məhrum olmuş uşaqların üzündə balaca bir gülüş görmək mənim üçün milyonlarla dollardan daha önəmlidir. Bu layihəmi həyata keçirdikdən sonra digər konsertlər barədə düşünəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR