Bank Of Baku

Münsiflər “Popstar Alaturka” yarışmasında iştirak edən azərbaycanlı müğənninin müsabiqəni tərk etməsinə imkan verməyiblər

Münsiflər “Popstar Alaturka” yarışmasında iştirak edən azərbaycanlı müğənninin müsabiqəni tərk etməsinə imkan verməyiblər
# 20 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova–APA. Türkiyənin “Star” telekanalında yayımlanan “Popstar Alaturka” yarışmasında iştirak edən azərbaycanlı müğənni Nərgiz Hüseynli ötən gün yarışmanın sonuna qalan iki iştirakçıdan biri olub. Bununla bağlı APA-ya məlumat verən Nərgiz Hüseynli, ötən gün çox həyəcan keçirdiyini və bunu heç gözləmədiyini deyib: “Dünən mən “Ayrılıq” mahnısını oxudum və ifam münsiflər heyəti tərəfindən çox müsbət qarşılandı. Münsiflər heyətinin hər biri məni həm ifama, həm də artistlik qabiliyyətimə görə 10 balla qiymətləndirdi. Toplum olaraq münsiflər heyətindən 40 bal aldım. Ancaq çox təəssüf ki, sevincim çox az davam etdi. Sonluğa qalan iki iştirakçıdan biri oldum, çünki sms faizim çox az idi”.
N. Hüseynli bildirib ki, onun ötən gün müsabiqədən kənarlaşmamasının səbəbkarları məhz münsfilər heyəti olub. Belə ki, Nərgizin son ikiyə qalmasını görüb münsiflər heyəti onu iştirakçı otağından xilas edib: “Həmvətənlərimdən xahiş edirəm ki, mənə dəstək olsunlar və sonluğa qalmağıma imkan verməsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR