Bank Of Baku

Flora Kərimova Türkiyədə əməliyyat olunmaq fikrindən daşınıb

Flora Kərimova Türkiyədə əməliyyat olunmaq fikrindən daşınıb
# 20 oktyabr 2008 16:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Flora Kərimova Türkiyədə gözündən əməliyyat olunmaq fikrindən daşınıb. Xalq artisti APA-ya bildirib ki, əməliyyatın olacağını biləndə çox həyəcanlanıb, qorxu hissi keçirib: “Əməliyyat barədə danışıqlardan sonra gözüm öz-özünə düzəlməyə başladı. Gözümün tam düzəlməsi üçün bir az vaxt lazımdır. Az bir müddətdə gözüm tam gücünü bərpa edəcək və daha əməliyyata ehtiyac qalmayacaq”.

F. Kərimova onu da bildirib ki, problem tam həll olunandan sonra yaradıcılıq işlərini sürətləndirəcək. O, 12 mahnısına klip çəkdirməyi qarşısına məqsəd qoyduğunu da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR