Bank Of Baku

Bəhram Bağırzadə bir il müddətində yaradıcılıqla məşğul olmayacaq

Bəhram Bağırzadə bir il müddətində yaradıcılıqla məşğul olmayacaq
# 22 oktyabr 2008 07:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Keçmiş “Bakılı oğlanlar” komandasının üzvi Bəhram Bağırzadə bir il yaradıcılıqla məşğul olmayacaq. Bununla bağlı APA-ya açıqlama verən B. Bağırzadə bu qərarını bu günlərdə atasının vəfat etməsi ilə əlaqələndirib: “Bu yaxınlarda mən atamı itirdim. Bu həftənin bazar günü onun 40 mərasimini keçirəcəyik. Yaxın bir il ərzində hansısa bir işlə məşğul olacağıma inanmıram. Bu müddətdə əsas istəyim atamın yarımçıq qalmış işlərini, tablolarını tamamlaya bilməkdir”. B. Bağrızadə bildirib ki, mərhum Arif Bağırzadənin ölümündən əvvəl üzərində işlədiyi bir çox əsələri olub və həmin əsərlər bu gün yarımçıq qalıb. Bu əsərləri tamamlamaq arzusunda olan B. Bağırzadə atasının doğum günündə, iyunun 12-də A. Bağırzadənin fərdi sərgisini keçirmək niyyətində olduğunu vurğulayıb. Bu yaxınlarda “Aleksandr Maslyakov i kampaniya” şirkətindən Moskvaya dəvət aldığını da bildirən B. Bağırzadə, bu dəvəti əvvəl qəbul etsə də, atasının itirdikdən sonra səfərə getməkdən vaz keçib: “Bildiyiniz kimi mən həm “Bakılı oğlanlar”, həm də MDB ölkələrinin yığmasının üzvi idim. Bu dəvət isə noyabrın 17-də Moskvada keçiriləcək növbəti tədbirdə iştirak emtəyimlə bağlı idi. Həmin tədbirdə KVN, Moskva və “Gəlmələr” komandalarının mübarizəsi olacaq. Mən də “Gəlmələr” yığmasında Azərbaycanı təmsil etməli idim. Əfsuslar olsun ki, başımıza gələn hadisəyə görə mən Moskvaya gedə və bu yarışda Azərbaycanı təmsil edə bilməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR