Bank Of Baku

Rain Sultanov “Torpağım haqqında hekayə” layihəsini təqdim edəcək

Rain Sultanov “Torpağım haqqında hekayə” layihəsini təqdim edəcək
# 22 oktyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 28-də Bakı Caz Mərkəzində əməkdar artist Rain Sultanovun “Torpağım haqqında hekayə” (“Tale of my land”) adlı layihəsinin təqdimat mərasimi keçiriəcək. Bu barədə APA-ya məlumat verən Rain Sultanov həm DVD, həm də CD-dən ibarət layihəni üç il ərzində hazırladığını bildirib. Onun sözlərinə görə, layihə yaşlı insanlara, gənclərə, Qarabağ probleminə həsr olunub. R. Sultanov bu layihənin Norvec və Almaniyada artıq kiçik təqdimatının keçirildiyini deyib. Hətta o, Norvecdə bu diskin satışının da həyata keçirildiyini və alıcılar tərəfindən maraqla qarşılandığını vurğulayıb: “Bu layihənin hazırlanması daha qısa müddətə başa gələ bilərdi. Sadəcə, maliyyə çatışmazlığı ucbatından layihəni üç ilə tamamlaya bildim. Bu albomda yer alan DVD-də də 17 dəqiqəlik film yer alıb, digər diskdə isə 60 dəqiqəlik musiqi ifa olunur. Həmin mahnıların ifasında folklor, klassik və caz musiqi alətlərindən istifadə olunub”. R. Sultanov ötən ay ərzində Belçika və Nyu-Yorkda konsert verdiyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR