Günəş Abbasova: “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil etmək istəyirəm”
- Bildiyimizə görə, Siz Belarusda anadan olmusunuz?
- Mən Belarusun paytaxtı Minskə yaxın Baraneç şəhərində anadan olmuşam və elə orada da boya-başa çatmışam. Valideynlərimin hər ikisi Azərbaycanın Quba rayonundadır. Təhsilimi elə həmin şəhərdə almışam. Bəstəkar Fyodor Jelyak, Belarusun xalq aritsti Anatoliy Yermolenko kimi şəxslərlə tanış olmuşam. Daha sonra isə Minsk Dövlət Mədəniyyət Universitetinə daxil olub, oranı bitirmişəm. Hazırda 25 yaşındayam.
-Azərbaycanda özünüzü necə hiss edirsiniz?
- Bu hissi sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Çox təəssüf edirəm ki, bu, mənim Azərbaycana ilk səfərimdir, ancaq bundan sonra səfərlərim mütəmadi olacaq. Bundan sonra mən Azərbaycandan ayrı yaşaya bilmərəm.
- Artıq Azərbaycanda qalmağa qərar vermisiniz?
- Mən bunu çox istəyirəm. Çünki Belarusda artıq çox şeyə nail olmuşam. Mən Belarus tamaşaçılarına minnətdram ki, azərbaycanlı olmağıma baxmayaraq, onlar məni sevir, konsertlərimə gəlir, məni Belarusun azərbaycanlı artisti hesab edirlər. Amma istərdim ki, Azərbaycan tamaşaçıları Belarusda populyar olan həmvətənliləri Günəş Abbasova adlı müğənnini tanısınlar. Azərbaycanda sevilməyi, buradakı tamaşaçılar qarışısnda çıxış etməyi çox istəyirəm. Məndən soruşanda ki, əvvəllər niyə Azərbaycana gəlməmisən? Mənim cavabım bu olur- hər şeyin öz vaxtı var. Çox şadam ki, tarixi Vətənimə professional müğənni kimi gəlmişəm və onlara deməyə sözüm var.
- Bu gün Sizin Vətəninizdə ilk konsertiniz olacaq. Özünüzü buna hazır hiss edirsinizmi?
- Həqiqətən də mən təəssüflənirəm. Əfsuslar olsun ki, bu, mənim Azərbaycanda ilk konsertim olacaq. Bu konsert isə sırf mənim konsertim deyil, Azərbaycanda Belarus Mədəniyyət Günlərinin açılışı münasibəti ilə bağlı çıxışdır. İnanın ki, artıq üç gündür buradayam və böyük həyəcan keçirirəm. Bu gün azərbaycanlı tamaşalılarla görüşü çox böyük həyəcanla gözləyirəm.
- İlk səfərinizdə Azərbaycan Sizə necə təsir bağışlayıb?
- Belarusda yaşamağıma baxmayaraq, daim Azərbaycanla maraqlanmışam. Valideynlərim Vətənimin hər yeri haqqında mənə məlumat veriblər. Əlbəttə, danışmaq başqadır, göz ilə görmək tamam ayrı bir şeydir. Elə ayağımı bu torpağa basanda Vətənimdə olduğumu hiss etdim. Birlisiniz, Azərbaycan xəyallarımda qurduğum bir ölkədir. Elə bu səfərimdə anladım ki, Azərbaycan çox gözəl məkandır və bu məkanda yaşayan insanlar çox xoşbəxtdirlər.
- Əgər Azərbaycanda qalmaq fikriniz varsa, şou-biznesə qatılacaqsınız?
- Mən professional sənətdə olandan Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanıram. Bu gün isə estradasını izləyirəm. Azərbaycan musiqisini, xüsusən isə xalq musiqisini çox sevirəm. Azərbaycan şou-biznesinə qatılmaq məsələsinə gəlincə isə, bu mümkündür. Əslində, belə bir fikrim var, sadəcə həyata keçirmək üçün zamanını müəyyənləşdirməmişəm. Bu yaxınlarda Elton Hüseynəliyevlə “Hər şey gözəldir həyatda” mahnısını duet oxumuşuq və diskə yazdırmışıq. Mənim şoumen Murad Dadaşovla tanışlığım var, o, bizim dostumuzdur. Uzaqda olsam da, mən özümün Vətənimlə hər zaman əlaqə saxlamışam.
- “Eurovision” mahnı müsabiqəsində iştirak etmək arzusunda olduğunuzu bilirik. Gələn il üçün arzunuzu gerçəkləşdirmək niyyətindəsinizmi?
- Mən bir çox beynəlxalq müsabiqələrdə Belarusu təmsil etmişəm və hər bir iştirakımda uğur qazanmışam. Üç il sərasər isə “Eurovision”da iştirak etmək üçün Belarusda keçirilən müsabiqələrdə iştirak etmişəm, ancaq əfsuslar olsun ki, həmişə ikinci yeri qazanmışam, yəni finala düşə bilməmişəm.Gələn il də özümü sınamaq fikrindəyəm.
- “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı, yoxsa Belarusu təmsil etmək fikrindəsiniz?
- “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil etmək istəyirəm. Çünki mən Azərbaycana bağlıyam və adım Günəş Abbasovadır. Hesab edirəm ki, bu müsabiqədə Azərbaycanı təmsil etməyim daha düzgün olacaq. Düzdür, Belarus da, Azərbaycan da mənim Vətənimdir. Ancaq mən bundan sonra adımı Azərbaycanla bağlayacağam. Mən artıq Azərbaycanda bu müsabiqə ilə bağlı keçiriləcək milli seçimlərdə iştirak etmək üçün sənədlərimi vermişəm və seçimləri keçəcəyimə ümid edirəm. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansını qazanacağam. Milli seçimlərdə uğur qazansam, bu müsabiqədə də uğur qazanacağıma ümid edirəm.
- Azərbaycandakı sənətçilərdən özünüz üçün seçdiyiniz bir favoritiniz varmı?
- Əlbəttə ki, mənim favoritim Zeynəb Xanalarovadır. Mən onu çox sevirəm. Noyabrın 5-6-da keçiriləcək konsertində isə mütləq iştirak edəcəyəm. Mən məhz Zeynəb Xanlarovanın canlı ifasını eşitmək üçün Minskdən Bakıya gələcəyəm. Gənc ifaçılardan isə Röyanın yaradıcılığını çox sevirəm.
- Azərbaycanda solo konsert proqramı ilə çıxış etmək fikriniz var?
- Bu layihəni mütləq həyata keçirəcəyəm. Təssəüf ki, bu səfərim çərçivəsində bu layihəni gerçəkləşdirmək imkanım olmayacaq. Ancaq ümid edirəm ki, gələn ilin yanvar-fevral aylarında Bakıya “Şərqin qızı” adlı böyük proqramla gələcəyəm.
- Demək, Günəş Abbasovanı bundan sonra Bakıda tez-tez görəcəyik...
- Bəli, bundan sonra mən Azərbaycana tez-tez gəlib gedəcəyəm. Bəlkə də burada qalmaq qərarını verdim...
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq