Bank Of Baku

Azərbaycanda sabahdan “Eurovision-2009”-un seçim turu başlayır

Azərbaycanda sabahdan “Eurovision-2009”-un seçim turu başlayır
# 23 oktyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün oktyabrın 24-də milli seçim turuna start veriləcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sabah keçiriləcək ilk seçimlər gün boyu davam edəcək. İTV-nin binasında baş tutacaq seçimlərdə istənilən sənətçi iştirak edə bilər: “Bu seçimlərdə iştirak etmək üçün sənəd vermək lazım deyil. Sadəcə sabah istənilən müğənni gəlib öz çıxışını təqdim edə bilər. Hələ ki, çıxışçıların tam siyahısı məlum deyil”.

F. İsmayılov onu da deyib ki, bu milli seçim turu da ötən dəfəki kimi keçiriləcək. Azərbaycan təmsilçisini müəyyən etmək üçün keçiriləcək seçim turlarında münsiflər heyəti də müəyyənləşib. Ancaq F. İsmayılov münsiflər heyətinin tərkibini açıqlamağı lazım bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR