Bank Of Baku

“Bakı gecələri” estrada mahnı müsabiqəsinin ikinci konserti keçirilib

“Bakı gecələri” estrada mahnı müsabiqəsinin ikinci konserti keçirilib
# 24 oktyabr 2008 15:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı gecələri” adlı estrada mahnı müsabiqəsinin ikinci konserti keçirilib. APA-nın məlumatına görə, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və “Space” telekanalının birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqəyə iştirakçı qismində 22 müğənni qatılıb. Həmin müğənnilər arasında xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Gülüstan Əliyeva, Ədalət Şükürov, Xanım Qafarova, Emil Bədəlov, Qismət Məmmədzadə, Elton Hüseynəliyev, “Azəri star” müsabiqəsinin iştirakçıları Cavid Qafarov, Yeganə Dünyamalıyeva, “Yeni ulduz” müsabiqəsinin iştirakçısı Sevinc Musayeva, İlkin Əhmədov, Ayaz Qasımov, Nadir Qafarzadə, Seymur Tağıyev, Rüfət Axundov, Sədaqət Quliyeva, Emin Nəsirli, Lalə Məmmədova, Amil Məmmədov, Nurlan Əzizbəyli, Tamella Babayeva, Kərim Abbasov öz ifaları ilə müsabiqədə mübarizə aparırlar. Mahnıları yeddi nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirir. Münsiflər heyətində Eldar Mansurov, Natəvan Şeyxova, Qulu Ağsəs, Mənzər Nurəliyeva, Mübariz Tağıyev, Bəxtiyar Xanızadə və Azad Şükürov təmsil olunur. İkinci mərhələnin üçüncü konserti noyabr ayının son ongünlüyündə keçiriləcək. Müsabiqənin qala konserti və qaliblərin mükafatlandırılması isə dekabrda Heydər Əliyev Sarayında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR