Bank Of Baku

Azərbaycanlı müğənni Türkiyədə keçirilən “Popstar Alaturka”nı tərk edib

Azərbaycanlı müğənni Türkiyədə keçirilən “Popstar Alaturka”nı tərk edib
# 27 oktyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin “Star” televiziyasında yayımlanan “Popstar Alaturka” yarışmasında iştirak edən azərbaycanlı müğənni Nərgiz Hüseynli oktyabrın 26-da müsabiqəni tərk edib. Bununla bağlı APA-ya açıqlama verən N. Hüseynli müsabiqəni tərk etdiyi üçün kədərləndiyini bildirib: “Mən bu müsabiqənin 9-cusu oldum. Ötən həftədən elə bil gedəcəyimi hiss edirdim. Ona görə də Azərbaycandan dəstək istəyirdim. Neynək, belə olmalıymış. Bu müsabiqənin yaradıcılığımda müsbət dəyişikliyə zəmin yaradacağına ümid edirəm. Yəqin ki, Türkiyədə də bir sıra işlərlə məşğul olacağam”.

N. Hüseynli deyib ki, ötən həftənin bazar günü “Ayrılıq” mahnısını ifa edib və münsiflər heyətindən 40 bal qazanıb. Ancaq bir həftə müddətində tamaşaçılardan gələn sms-lər az olduğundan müsabiqəni tərk edib. N. Hüseynli müsabiqədə sonuncu çıxışında yenidən “Ayrılıq” mahnısını və Ayşən adlı gənc müğənni ilə duet ifa edib.

Müsabiqənin münsiflər heyəti Nərgiz Hüseynliyə gələcək yaradıcılığında uğur arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR