Bank Of Baku

“Eurovision-2009” üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib

“Eurovision-2009” üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib
# 27 oktyabr 2008 16:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçini (və ya qrupu) müəyyənləşdirmək üçün keçirilən milli seçim turunun birinci mərhələsinə 30 müğənni qatılıb. Bu barədə APA-ya Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. O bildirib ki, musiqi yarışmasına gedəcək sənətçi “Eurovision”un standartlarına uyğun olmalıdır və Avropanı heyrətləndirməyi bacarmalıdır: “Sıradan bir adamın müsabiqədə iştirakı yaxşı olmazdı. Bu müsabiqədə Azərbaycanı hamımızın üzünü ağ edə biləcək bir namizəd təmsil etməlidir”.

F. İsmayılov seçimlərin hələ bir müddət davam edəcəyini deyib: “Əgər biz layiqli namizəd axtarışındayıqsa, seçimlərin tez qurtarması mümkün deyil. Ötən il olduğu kimi, bu ildə bir nəfərin üzərində dayanmaq mümkün olmayacaq. Bir neçə namizəd seçiləcək və möhtəşəm milli final gecəsi təşkil ediləcək”.

İTV nümayəndəsinin sözlərinə görə, birinci turun nəticələri bir həftəyə açıqlanacaq.

Qeyd edək ki, birinci seçim turunda iştirak edən sənətçilər arasında Nura Suri, Günəş Abbasova, Aysel Teymurzadə, Arzum, Azad Şükürov, Vüsalə Seyidova və başqaları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR