Bank Of Baku

Tanınmış müğənni hakim partiyada vəzifəyə seçilib

Tanınmış müğənni hakim partiyada vəzifəyə seçilib
# 28 oktyabr 2008 13:55 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin tanınmış sənətçilərindən olan Nihat Doğan siyasətə qoşulub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, müğənni hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasından (AKP) gələn təklifi düşünmədən qəbul etdiyini deyib. O, oktyabrın 25-də AKP-nin Beşiktaş (İstanbul) rayon təşkilatının konfransında sədr müavinliyinə namizəd göstərildiyini və səs çoxluğu ilə bu vəzifəyə seçildiyini açıqlayıb. Müğənni artıq siyasətə alışdığını və səhnə həyatına son qoymağı düşündüyünü söyləyib.
Qeyd edək ki, Beşiktaş İstanbulun ən iri və müasir rayonlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR