Bank Of Baku

Nigar Topçubaşova ailə üzvləri ilə birlikdə keçmiş həyat yoldaşı Faiq Ağayevdən rəsmi üzr istəyib

Nigar Topçubaşova ailə üzvləri ilə birlikdə keçmiş həyat yoldaşı Faiq Ağayevdən rəsmi üzr istəyib
# 31 oktyabr 2008 08:51 (UTC +04:00)
Faiq Ağayevin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BMCMİ-dən artıq xalq artistinin müraciətinə cavab verilib. BMCMİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovniki Fərhad Süleymanovun imzası ilə Faiq Ağayevin ünvanına daxil olan cavab məktubunda bildirilib ki, onun şikayət ərizəsi idarədə araşdırılıb: “Araşdırma zamanı Rüfət İsmayılov, Dilbər İsmayılova və Nigar Topçubaşova ərizə ilə müraciət edərək, bundan sonra barənizdə kütləvi informasiya vasitələrində əsassız məlumatların yayılmasına yol verməyəcəklərini bildiriblər. 21 oktyabr 2008-ci il tarixdə idarəyə təqdim etdiyiniz ərizədə Rüfət İsmayılov və onun ailə üzvlərinin sizdən və valideynlərinizdən yazılı şəkildə üzr istəmələri, atdıqları addımların yanlış olduğunu göstərməklə səhvlərini etiraf etmələri səbəbindən aranızda olan mübahisənin həll edildiyini bildirib, aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyinizdən ərizəniz əsasında araşdırma dayandırılıb”.

Qeyd edək ki, F. Ağayevin mətbuat xidməti Rüfət İsmayılov, Dilbər İsmayılova və Nigar Topçubaşovanın imzası ilə Faiq Ağayevdən üzr istənildiyini təsdiqləyən sənədi də APA-ya təqdim edib. Sənəddə yazılır: “Bu ilin sentyabr və oktyabr aylarında etdiyimiz hərəkətlərdən heyfslənərək, səsləndirdiyimiz ittiham və fikirlərimizin böyük səhv olduğunu etiraf edib, respublikanın xalq artisti Faiq Ağayevdən üzv istəyirik. Bu xoşagəlməz olay ətrafımızda olan bədxah insanların təhrik və səyləri nəticəsində yaşanıb. Bu səbəbdən baş verən hadisələrin əsassız, addımlarımızın yanlış olduğunu anlayaraq, ailəmiz adından Faiq Ağayevdən və onun valideynlərindən bağışlanmağımızı rica edirik. Əminik ki, gözəl sənətkar və xeyirxah insan, Azərbaycanın xalq artisti Faiq Ağayev üzrxahlığımızı səmimiyyətlə qəbul edəcək. Bəyan edirik ki, Ağayev və İsmayılov- Topçubaşovlar ailələri arasında yaşanan bu mübahisə çözülüb və bir də heç vaxt təkrarlanmayacaq. Rüfət İsmayılov, Dilbər İsmayılova, Nigar Topçubaşova (imzalar)”.

Rüfət İsmayılov APA-ya açıqlamasında Faiq Ağayevdən üzr istədiyini etiraf edib: “Mən Faiq Ağayevdən üzr istəmişəm və bir daha üzr istəyirəm. Bir müddət əvvəl mətbuatda Faiq Ağayevin şərəf və ləyaqətinə toxunan açıqlamalar vermişəm. Buna görə mən ondan və Azərbaycan xalqından üzr istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR