Müğənni Elnarə: “Röya və Natəvanla aramızda soyuqluq var” – FOTOSESSİYA
- Müğənni Elnarə bu gün hansı işlərlə məşğuldur?
- Müğənni Elnarə hazırda dördüncü kurs tələbəsidir. Eyni zamanda övladımın dayəliyini edirəm. Yeni mahnılar üzərində işləməyə başlamışam, ilin sonuna kimi yeni albom hazırlamaq istəyindəyəm. Həmçinin internet saytımın hazırlıq işləri ilə məşğulam. Artıq saytda tamamlama işləri gedir.
- Bu sənətdə özünüzü tam peşəkar hesab edirsiniz?
- Bəli, bu gün mən peşəkar olduğumu deyə bilərəm. Çünki artıq Azərbaycan Milli Konservatoriyasının sonuncu kursunda oxuyuram. Bu kursu da bitirdikdən sonra artıq əlimə diplom alacağam və ondan sonra heç kim mənim qeyri-peşəkar olduğumu deyə bilməyəcək. Peşəkarlığımı sübut edən ikinci amil isə ilk addımımı məhz Heydər Əliyev Sarayında atmağımdır.
- Azərbaycandan kənarda tanındığınızı əminliklə deyə bilərsiniz?
- Yox, bunu deyə bilmərəm. Bunun üçün hələ çox tezdir. Əslində bu yöndə işlər görürəm. Azərbaycan üçün nə etmək lazımdırsa, bacardığım qədər etmişəm. İndi özümü prodüser kimi yoxlamaq istəyirəm. Hər bir işdə eksperiment etməyi xoşlayıram, görək yeni işim necə alınacaq.
- Sirr deyilsə, kimə prodüserlik edəcəksiniz?
- İbrahim Borçalıya prodüserlik edəcəyəm. Biz onun ailəsi ilə dostuq. Həyat yoldaşım Rövşənlə qərara gəldik ki, heç bir təmənna güdmədən bu insana kömək edək. Həqiqətən də çox şirindil, ürəyiaçıq bir insandır. İndiki zəmanədə onun kimi insanlar azlıq təşkil edir. Ümumiyyətlə biz bir insana kömək edəndə təmənna güdməyə alışmışıq. Amma elə şeylər var ki, onu təmənnasız görərik.
- Bir prodüser kimi hansı işləri həyata keçirəcəksiniz?
- Mən İbrahim Borçalının bütün repertuarına əl gəzdirəcəyəm. Onun tutan mahnılarını yenidən aranjeman etdirəcəyik. Ona bildirmişəm ki, həmin mahnıları n onun öyrəşdiyi kimi 200 manata yox, ondan on dəfə baha qiymətə aranjeman edəcəyik. Fikrimcə, bu prosesə gələn ildən başlayacağıq. Sadəcə, bu müddət ərzində İbrahim Borçalı özünü düzgün təqdim edə bilməyib. İbrahimlə yanaşı bu siyahıda bır çox müğənnilər var ki, düzgün təqdim olunmayıblar. Mən həmişə İbrahimə deyirəm ki, səndə hər şey var, sadəcə düzgün mövqe tutmamısan. Səsin məlahətli səsdir, qəşəng oxuyursan. Mənə elə gəlir ki, onun kimi müğənnilərin özünü düzgün təqdimetmə imkanları azdır. İnformasiyaları azdır, dünya ilə ayaqlaşmırlar, oturub “Fashion TV”yə baxmırlar ki, necə geyinmək lazımdır. Yaxud da dünya ulduzlarının konsertlərinə, onların ifalarına qulaq asmırlar. İbrahim Borçalıya Corc Maykl, Elton Con, Stinqin disklərini aldırmışam ki, oturub, onları dinləsin. Çünki onun ifa tərzini dəyişmək lazımdır. Ən azından onlara qulaq asandan sonra ifası hindistanlı musiqiçilərin ifasına bənzəməyəcək. Etiraf etməliyəm ki, bu gün əl gəzdiriləsi müğənnilərin sayı çoxdur. İbrahimdən başqa kim özünə əl gəzdirmək istəyirsə, bizə müraciət etsin, amma onlara bu işi təmənnasız etməyəcəyik.
- Bir müddət əvvəl çıxışlarınızın birində “Qızımın müğənni olmasına heç zaman icazə verməyəcəyəm” fikrini səsləndirmisiniz...
- Bəli, demişəm ki, qızımı müğənni olmağa qoymayacağam. Hələ balaca olsa da, musiqiyə çox böyük həvəsi var. Mən onu 18 yaşına kimi bu sənətdən qoruyacağam. Bu yaşdan sonra isə ona ana kimi məsləhət verə bilərəm. Məsləhətə qulaq asıb-asmamaq onun öz işidir. Amma ana kimi əlimdən gələni edəcəyəm ki, onu bu peşədən çəkindirim.
- Heç kimə rəva bilmədiyini Elnarə niyə özünə rəva bilir?
- Mən bu sənətə gələndə vəziyyət belə deyildi. 2000-ci illə hazırkı vəziyyət arasında yerlə göy qədər fərqi var. Belə görürəm ki, 2010-cu ildə bundan da dəhşətli olacaq. Valideynlərim məni Vaqif Gərayzadənin yanına gətirəndə bugünkü vəziyyətdən əsər-əlamət belə yox idi, elə olsaydı, heç məni aparmazdılar. Düzdür, həmin vaxtlarda da belə şeylər var idi, amma bütün bunlar televiziyaya çıxarılmırdı. İndi isə belə deyil, hamı özünü onunla reklam edir. Efirdə, mətbuatda hər şeyi göstərmək olmaz. Səmimi olmaq olar, amma sadəlövh olmaq olmaz. Ümumiyyətlə, bağlı yer saxlamalısan ki, nə vaxtsa kimlərisə maraqlandıra biləsən. Arxaya dönüb geridə qoyduğum səkkiz ilə baxanda, çəkdiyim əziyyətə, sərf etdiyim vaxta və pula, əməyə heyfim gəlir, yoxsa elə bu gün mikrofonu əlimdən qoyub gedərəm və bir daha oxumaram.
- Özünüz üçün qadağa qoyduğunuz televiziya verilişləri var?
- Qalmaqal xarakterli verilişlərə çıxmağa özümə qadağa qoymuşam. Ailə qurana kimi elə vaxtlar olub ki, mən özüm bu verilişlərə maraq göstərmişəm, bu, mənə lazım olub. Vaxt olub ki, lazım olan və olmayan hər yerə getmişəm. İndi isə bu hərəkəti etmək mənə yaraşmaz. Maraqlısı budur ki, tamaşaçını elə bil bu verilişlərə baxmaq üçün tərbiyə etmişik, hamı ancaq qalmaqal, dava-dalaş xəbərləri axtarır. Qalmaqal verilişləri ilə bol olan kanala çıxmağa özümə embarqo qoymuşam. Ancaq səhər proqramına çıxa bilərəm, başqa verilişlərə çıxmağı isə özümə yaraşdırmıram.
- Bu gün qadın üçün müğənnilik etməyin çox çətin olduğunu etiraf etdiniz. Elnarənin sənətdən getmək fikri yoxdur ki?
- Ola bilər. Onsuz da mən bu sənətə hobbi kimi yanaşıram. Ümumiyyətlə “hər yerdə mən olmalıyam, birinci olmalıyam, hamının gözünü yormalıyam” fikri məndən çox uzaqdır. Mənim üçün bu gün həyatda daha maraqlı dəyərlər var. Ailəm, övladım... Bundan sonra da mənim həyatda hər şeyim ailəmdir.
- Deyirlər ki, populyarlıq bir xəstəlikdir. Siz bu xəstəliyə tutulmamısınız ki?
- Düz deyirlər, vaxt olub bu xəstəliyə mən də tutulmuşam, ancaq çox şükür ki, bu gün dediyiniz xəstəlik məndən çox uzaqdır. Bu gün baş verənləri kənardan çaşqın vəziyyətdə tamaşaçı kimi seyr edirəm. Bu dəqiqə insanların nə istədiyini tapmaq çox çətindir. Bu gün hamının elədiyini eləsəm, heç kim məni tanımaz. Mən dənizdə damla olaram. Hər halda mənim ifa etdiyim mahnılarda kommersiya tərəfləri olmuş olsa belə, digər səpgili mahnılarım da var. Əgər mən bu işə pul xərcləyirəmsə, bu pulu hansı yolla isə çıxarmalıyam. Mənim ifa etdiyim mahnıların sözlərinə diqqətlə qulaq asan dinləyicilər bilir ki, hər mahnımda insanlara nəyisə aşılayıram, nəyisə təbliğ etməyə çalışıram.
- Bir zamanlar ayrılmaz cütlük olan Röya, Elnarə və Natəvanın arasında soyuqluq hiss olunur. Münasibətlərinizdəki soyuqluğun səbəbi nədir?
- Bu, təbiidir, soyuqluq olmalıdır. Hərənin öz həyatı var. Əgər üçümüzdən birimiz dara düşəriksə, bir-birimizin dadına çatırıq. Bir-birimizə borc pul da veririk. Məhərrəmlik və Orucluq ayı olanda hansımızda pul olmasa, bir-birimizə müraciət edirik. Düzdür, soyuqluq var, ancaq imkan daxilində bir-birimizin xeyrində, şərində iştirak edirik. Hərəmiz özümüz üçün bir ulduzuq. Elə olur ki, vaxtın azlığından hətta zənglərə cavab verə bilmirəm və qarşı tərəf düşünür ki, ulduzluğum tutub.
- Vaqif Gərayzadə ilə münasibətləriniz necədir?
- Əlbəttə ki, əla. O mənim sənətdəki atamdır. Ümid edirəm ki, münasibətlərimiz ömrümün sonuna kimi də belə qalacaq.
- “W Trio”nun dağılmasına təəssüflənmirsən?
- Təəssüflənirəm. Ancaq düşünürəm ki, dünyada çox populyarlıq əldə edən və milyonlarla büdcəsi olan “Beatles”, “Spice girls” qrupları da dağıldı. Hər halda bizim qrupumuz o qrupların yanında bir damla idi. Bu, normal bir şeydir. Qəbul etmək lazımdır ki, 4-5 fərqli xarakterli insanın işbirliyi uzun sürmür.
- Bir zamanlar uzun saçlarını kəsməyə cürət edən Elnarə imicində daha nələri dəyişməyə hazırlaşır?
- Kəsdirdiyim saçları hələ də özümdə saxlayıram. Həmin il 50 dərəcəyə yaxın istilər var idi. Mən də təzə ana olmuşdum və uzun saçlar mənə mane olurdu. Ancaq saçlarımı kəsdirəndən sonra çox adam məni qınadı. Ancaq saçımı kəsdirməkdə məqsədim heç də imicimdə dəyişiklik etmək deyildi. Tənqidlərdən nəticə çıxarıb yenə də saçımı uzadıram. Düzdür, mən əvvəlki Elnarə ola bilmərəm. Axı 20-22 yaşında deyiləm. Artıq ailəli qadınam, hər şeyin təri var. İnanmıram ki, əvvəlki üslubuma qayıdım. Axı indi özümü camaata güldürə bilmərəm.
- Sirr deyilsə, həyat yoldaşınız qarşınızda hansı qadağaları qoyub?
- Bu qadağalar hər iki tərəfdən var. Hər dəfə müsahibədən öncə mənə nəyi deyib, nəyi deməməyi söyləyir. Mənim onun məsləhətinə çox ehtiyacım var. Allah həyat yoldaşımı və balamı mənə çox görməsin...
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB