Bank Of Baku

“Best model of Azerbaijan”ın finalında tanınmış modelyer Stefano Roland və Türkiyə sənətçisi Kərəm Cem də iştirak edəcək – FOTOSESSİYA

“Best model of Azerbaijan”ın finalında tanınmış modelyer Stefano Roland və Türkiyə sənətçisi Kərəm Cem də iştirak edəcək – <font color=red>FOTOSESSİYA  </font>
# 31 oktyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 11-də Heydər Əliyev Sarayında “Best model of Azerbaijan” model müsabiqəsinin milli final gecəsi keçiriləcək. Layihənin koordinatoru Nəzakət Hacıyeva APA-ya bildirib ki, gecədə bir çox məşhur simalar qonaq qismində iştirak edəcəklər. Belə ki, Türkiyənin tanınmış müğənnisi Kərəm Cemin konsert proqramı nəzərdə tutulub. Fransanın tanınmış modelyeri Stefano Roland da Bakının qonağı olacaq.

“Best model of Azerbaijan” yarışmasının final gecəsində 30 model (15 qız və 15 oğlan) yarışacaq. Yarışın qalibi olacaq bir qız və bir oğlan model bu ilin dekabrında Türkiyədə keçiriləcək “Best model of the world” yarışmasında Azərbaycanı təmsil edəcəklər. Qaliblər Azərbaycanın xalq artisti İlhamə Quliyeva, “Best model of the world” yarışmasının direktoru Ərkan Özərman, fransız modelyer Stefano Roland və digər tanınmış simaların təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək.

“Best model of Azerbaijan”ın rəhbəri olan müğənni Ruhi hazırda 30 iştirakçı üçün geyimlərin hazırlandığını söyləyib. Geyimlər Ruhinin rəhbərlik etdiyi “Fashion City” moda evində modelyer Zemfira Qurbanova tərəfindən hazırlanır.

Qeyd edək ki, “Best model of Azerbaijan”a informasiya dəstəyi verən KİV-lər arasında APA da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR