Bank Of Baku

Rafet El Romanın konsertinə biletlər 30-150 manat arasındadır

Rafet El Romanın konsertinə biletlər 30-150 manat arasındadır
# 03 noyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 26-da Heydər Əliyev Sarayında türkiyəli müğənni Rafet El Romanın konserti keçiriləcək. “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək konsertdə Rafet El Roman səhnədə tək olmayacaq. N. Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsertdə Rafet El Romanın son günlərin ən hit mahnılarından birinə çevrilən “Aşkı viranə” mahnısını birgə oxuduğu gənc müğənni Yusif də çıxış edəcək. “Aşkı viranə” adı altında keçiriləcək konsertin biletlərinin qiyməti 30-150 manat arasındadır. Rafet El Roman Yusiflə birgə konsertdən bir gün əvvəl, yəni noyabrın 25-də Bakıya gələcək və üç gün müddətində paytaxtda qalacaq. Səfər çərçivəsində müğənninin şəhər gəzintisi də nəzərdə tutulur. Qeyd edək ki, konsertin informasiya dəstəyi www.apa.az və www.lent.az internet saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR