Bank Of Baku

İlhamə Quliyeva: “İnsanlar saçımdan, dizimdən, əlimdən öpürdülər...”

İlhamə Quliyeva: “İnsanlar saçımdan, dizimdən, əlimdən öpürdülər...”
# 04 noyabr 2008 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bu gün adımın qarşısında nə Azərbaycanın və Dağıstanın xalq artisti, nə də çoxsaylı titulların deyilməsinə ehtiyacım var. Çünki mən artıq İlhamə Quliyeva olaraq özümü təsdiq etmişəm. 43 ildir ki, professional səhnədəyəm, bu illər mənim üçün bir qazanc olub”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyeva deyib. Xalq artisti bildirib ki, bu illər ərzində paxıllığını çəkənlərin sayı az olmayıb: “Mən hər addımımla uğur qazanmasaydım, bu günə kimi haqqımda danışılmaz, paxıllığımı çəkməzdilər. Hətta bu günün özündə belə arxamca xısın-xısın danışanlar var”.

İ. Quliyeva ona olan böyük sevgidən çox xoşbəxt olduğunu söyləyib: “Bir müddət əvvəl Azərbaycanın bölgələrinə səfərim zamanı heyrətə gəldim. Biri saçımdan, biri dizimdən, biri əlimdən öpürdü. İnanın gözlərimə inana bilmirdim. Bu mənə olan böyük sevgidən irəli gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR