Zeynəb Xanlarova: “20 il sonra konsert verəcəyim bu günü səbirsizliklə gözləyirdim” - FOTOSESSİYA
Saat 19:15-də başlanan konsertdə ilk əvvəl Zeynəb Xanlarovanın uşaqlıq, gənclik illərindən ibarət fotolar, müxtəlif illərdə verdiyi konsertlərdən video görüntülər nümayiş etdirilib. Daha sonra Zeynəb Xanlarova qara parıltılı geyimdə səhnəyə çıxıb və “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısını ifa edib. Sənətkarın bu ifası tamaşaçıların ayaqüstü alqışları ilə müşayiət olunub. Birinci mahnıdan sonra tamaşaçılarla salamlaşan Zeynəb Xanlarova çıxışına “sizin üçün o qədər darıxmışam ki...” cümləsi ilə başlayıb: “İnanın ki, bu günü səbirsizliklə gözləyirdim. Bu gün mənim həyatımda xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev bu möhtəşəm saray təmirə bağlananda məndən soruşdu ki, “Saray açılandan sonra orada konsert verəcəksən?” Mən də dedim, əlbəttə yenə də konsert verəcəyəm. Bu yaxınlarda isə mənə dedi ki, “konsertə dəvət etsən, gələrəm”. Düzdür, mən dəvət etmişdim, ancaq dövlət başçımız Türkiyədə səfərdə olduğu üçün bu gün burada iştirak edə bilmədi. Ancaq mən yenə də sizin qarşınızdayam”.
Daha sonra isə Zeynəb Xanlarova repertuarında yer alan “Şikayətim var”, “Canı yanan ya bir olar, ya iki”, “Nədən oldu”, “Ürəyimlə bacarmıram, neyləyim”, “Züleyxa” kimi məşhur mahnıları ifa edib. Konsertdə Zeynəb Xanlarovanın özünün bəstələdiyi “Füzuli dünyası” mahnısı ilk dəfə səslənib. Konsertdə bir neçə dəfə tamaşaçılarla söhbət edən Zeynəb Xanlarova ”millət məni Zeynəb edib, mən də xalqım qarşısında baş əyirəm” deyərək, canlı ifasında qüsurlarını bağışlanmasını istəyib: “Bu gün bütün ifam canlıdır, fonoqram oxumuram. Ona görə də əgər hər hansısa bir qüsura yol versək, bizi bağışlamağınızı rica edirəm. Nə qədər ki, bu səs məndə var, oxuyacağam, sizdən heç zaman ayrılmayacağam”. Konsertin ikinci hissəsində isə ağ rəngli geyimlə səhnəyə çıxan müğənni daha çox xarici mahnıları ifa edib. Konsertin ikinci hissəsində bəstəkar Rauf Məmmədov Zeynəb Xanlarovaya xalça hədiyyə edib və onun üçün “Yalvarırıq oxu, Zeynəb” mahnısını oxuyub. Saat 24:10-na kimi davam edən konsertə Zeynəb Xanlarova “Yaşa, yaşa, yaşa Azərbaycan” mahnısı ilə yekun vurub.
Konsertdəki tamaşaçılara üzərində Zeynəb Xanlarovanın şəkli olan və “Dünyada bir Zeynəb var...” yazısı yer alan döş nişanı hədiyyə edilib. Konserti izləməyə gələnlər arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, əməkdar artist Azərin, sənətçilər Ruhi və İradə İbrahimova da olub.
Qeyd edək ki, Zeynəb Xanlarova bu gün də Heydər Əliyev Sarayında konsert verəcək.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq