Bank Of Baku

Gənc müğənni Ayan Babakişiyeva Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinə dəvət alıb

Gənc müğənni Ayan Babakişiyeva Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinə dəvət alıb
# 06 noyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Akif Süleymanbəyli gənc müğənni Ayan Babakişiyevanı orkestrə dəvət edib. APA-nın məlumatına görə, bu təklifi orkestrin bədii rəhbəri bu gün gənc müğənninin albom təqdimatında çıxışı zamanı edib. Müğənninin təqdim etdiyi yeni albomu “Yağış” adlanır. Bəstəkar Elçin İmanovun mahnılarından ibarət albomda sənətçinin ifasında 10 mahnı yer alıb. Tədbirdə çıxış edən bəstəkar Elçin İmanov gənc olmasına baxmayaraq, Ayanın yetərincə istedadlı olduğunu deyib. Tədbirdə əməkdar artistlər Eyyub Yaqubov, Ədalət Şükürov, şairlər Baba Vəziroğlu, Vahid Əziz, sənətçilər Elnur, Fuad Musayev, “Qala” qrupu sənətçini təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR