Bank Of Baku

Alişanın Bakı konsertinin biletlərinin qiyməti 30-100 manatdır

Alişanın Bakı konsertinin biletlərinin qiyməti 30-100 manatdır
# 06 noyabr 2008 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 6-da Heydər Əliyev Sarayında Türkiyənin tanınmış müğənnisi Alişan konsert proqramı ilə çıxış edəcək. “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsertin biletlərinin qiyməti 30-100 manat arasındadır. Konsertdə müğənni Türkiyə şou-biznesinə qoşulan azərbaycanlı müğənni Yeganə ilə birgə çıxış edəcək. Üç saata yaxın davam edəcək konsertdə Alişanla Yeganənin Türkiyədə yazdırdıqları yeni duet də səslənəcək. Səfər çərçivəsində müğənni paytaxtı gəzəcək və pərəstişkarları ilə görüşəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi www.apa.az və www.lent.az portallarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR