Bank Of Baku

“Best model of Azerbaijan-2008” yarışmasının dekorasiyasının hazırlanması üçün Türkiyənin tanınmış rejissoru Tamer Kurter bu gün Bakıya gələcək

“Best model of Azerbaijan-2008” yarışmasının dekorasiyasının hazırlanması üçün Türkiyənin tanınmış rejissoru Tamer Kurter bu gün Bakıya gələcək
# 07 noyabr 2008 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Best model of Azerbaijan-2008” yarışmasının son hazırlıq işləri aparılır. Layihənin koordinatoru Nəzakət Hacıyeva APA-ya deyib ki, yarışmanın dekorasiyasının hazırlanması və son hazırlıq işlərini həyata keçirmək üçün Türkiyənin tanınmış rejissoru və xoreoqrafı Tamer Kurter bu gün Bakıya gələcək. N. Hacıyevanın sözlərinə görə, Tamer Kurter “Best model of the world-2008” yarışmasının da rejissoru olacaq. Layihə rəhbəri onu da deyib ki, türkiyəli sənətçi Kerem Cemin yarışmada qonaq qismində iştirak etməyəcəyi barədə yayılan söz-söhbətlər yanlışdır: “Kərəm Cemin Bakıdakı pərəstişkarları qətiyyən narahat olmasınlar. Yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Kərəm Cem noyabrın 11-də keçiriləcək “Best model of Azerbaijan” yarışmasında 40 dəqiqəlik proqramla çıxış edəcək”.
Qeyd edək ki, noyabrın 11-də Heydər Əliyev Sarayında “Best model of Azerbaijan” model müsabiqəsinin milli final gecəsi keçiriləcək. Gecədə bir çox məşhur simalar qonaq qismində iştirak edəcəklər. Yarışmanın münsiflər heyətində təmsil olunmaq üçün Fransanın tanınmış modelyeri Stefano Roland da Bakıya gəcələk.
Qeyd edək ki, “Best model of Azerbaijan”a informasiya dəstəyi verən KİV-lər arasında APA da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR