Bank Of Baku

Eyyub Yaqubov: “Əsl müğənni yalnız yaradıcılığı ilə gündəmdə qalmalıdır”

Eyyub Yaqubov: “Əsl müğənni yalnız yaradıcılığı ilə gündəmdə qalmalıdır”
# 10 noyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Əsl müğənni yalnız yaradıcılığı ilə gündəmdə olmalıdır. Tez-tez görünüb zəif iş görməkdənsə, gec-gec görünüb güclü bir iş görmək lazımdır. Mən də gec-gec gorünməyə üstünlük verirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov deyib. Onun fikrincə, müğənni öz yaradıcılığı ilə azı 10 il gündəmdə qalmalıdır: “Bu gün efirdə sənət, yaradıcılıq yoxdur. Mən də qalmaqal müğənnisi deyiləm. Belə olduğu halda harada görünə bilərəm ki? Yalnız dedi-qodu var, elə efirlərə dəvətlər də dedi-qodu üzərində qurulur. Sənət, yaradıcılıq mövzuları bu gün telekanallara sərf eləmir. Heç olmasa bizim Mikayıl Müşfiqlə bağlı çəkdiyimiz klipləri arada göstərsinlər. Mən bütün bunları özümə görə deyil, sənət naminə edirəm və sənətə qiymət verilməsini arzulayıram”.

E. Yaqubov hazırda bir neçə layihə üzərində işlədiyini və yeni layihələrlə gündəmə gəlmək fikrində olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR