Bank Of Baku

Tacikistan prezidenti Emomali Rahmon Əbülfəs Qarayevi qəbul edib

Tacikistan prezidenti Emomali Rahmon Əbülfəs Qarayevi qəbul edib
# 11 noyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Tacikistan çoxtərəfli əlaqələri, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd olunub ki, mədəni əlaqələrin genişləndirilməsi, bir ölkənin digər ölkədə mədəniyyət günlərinin keçirilməsi əlaqələrin inkişaf etdirilməsi, xalqlar və ölkələr arasında dostluq əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Qeyd edək ki, noyabrın 9-da Düşənbədə Azərbaycan Mədəniyyət Günləri başlayıb. Nazir Əbulfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinə 73 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR