Bank Of Baku

Türkiyənin tanınmış rejissoru və xoreoqrafı Azərbaycanda öz işini qurmaq fikrindədir

Türkiyənin tanınmış rejissoru və xoreoqrafı Azərbaycanda öz işini qurmaq fikrindədir
# 11 noyabr 2008 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanda model biznesində inkişaf var və bunu qeyd etməmək qeyri-mümkündür. Azərbaycanı öz vətənim hesab etdiyim üçün də buna çox sevinirəm. İnanıram ki, qısa müddətdə Azərbaycan model biznesində daha çox uğur əldə edəcək”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin tanınmış rejissoru və xoreoqrafgı Tamer Kurter deyib. Azərbaycanda iş qurmaq istəyində olduğunu söyləyən T. Kurter bununla bağlı bir sıra görüşlər keçirdiyini bildirib: “Səfər zamanı bir sıra yerli kanallar, prodakşn studiyaları ilə görüşümüz oldu. Azərbaycanda görəcəyim yeni işlərlə bağlı danışıqlar apardıq. Qismətimizdə varsa, yaxınlarda Azərbaycanda da iş quracağam”.

T. Kurter dünyanın 20-yə yaxın ölkəsində iş gördüyünü və bu ölkələr sırasına Azərbaycanın da daxil olacağına ümid etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR