Bank Of Baku

Kərəm Cem: “Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq” - Foto

Kərəm Cem: “Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq” - <font color=red>Foto</font>
# 12 noyabr 2008 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Çox təəssüf edirəm ki, bu mənim Azərbaycana ilk səfərimdir. Həqiqətən də Azərbaycan çox gözəl ölkədir və mən bunun şahidi oldum. Bundan sonra Azərbaycana daha tez-tez gələcəyəm”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan türk müğənni Kərəm Cem deyib. Azərbaycana dörd il bundan əvvəl dəvət olunduğunu bildirən müğənni, bu dəvətlərin həyata keçirilməməsinə məyus olduğunu dilə gətirib: “Mən Azərbaycandakı pərəstişkarlarımla şəxsi saytım vasitəsi ilə əlaqə saxlayıram və onlar tərəfindən dəfələrlə Azərbaycana dəvət olunmuşam. Demək ki, qismət bu günə imiş. Yaxın vaxtlarda Azərbaycanda solo konsert vermək istəyirəm. Növbəti səfərim daha uzunmüddətli olacaq. Eyni zamanda şəhəri də gəzəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR