Bank Of Baku

Faiq Ağayev: “İndi çox xoşbəxtəm” - FOTO

Faiq Ağayev: “İndi çox xoşbəxtəm” - <font color=red>FOTO</font>
# 12 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Özümü bu gün çox xoşbəxt və bəxtiyar hiss edirəm. Bütün ömrümün də belə keçəcəyinə ümid edirəm. Bu gün ancaq yaradıcılıqla məşğulam, vaxtımı da yalnız yeniliklərə həsr edirəm”. Bu sözləri APA-ya açıqlamasında xalq artisti Faiq Ağayev deyib. F. Ağayev bildirib ki, bu ilin sonunda səhnə fəaliyyətinin 20 illiyini qeyd edəcək: “Bu il səhnə fəaliyyətimdə çox önəmli ildir. Artıq 20 ildir, professional səhnədəyəm. Bu münasibətlə verəcəyim konsertə ciddi hazırlıq gedir. Bu ilin sonunda, ad günüm ərəfəsində üç gün konsert verəcəyəm. Konsertin biletlərinin qiymətləri münasib olacaq ki, arzulayan hər kəs iştirak edə bilsin. Bundan başqa, konsertin hər günündə müxtəlif yerlər xeyriyyə məqsədilə ayrılacaq”.

Heydər Əliyev Sarayında keçiriləcək konsertdə 10-dan artıq yeni mahnı ifa edəcəyini deyən F. Ağayev həmin ərəfədə yeni albomunu da buraxacağını bildirib: “Sonuncu albomum 2002-ci ildə çıxıb. Altı illik fasilədən sonra yeni albomumu hazırlayıram. Həmin albomda ümumilikdə 37 mahnıdan ibarət 157 dəqiqəlik iki disk yer alacaq”.

Sənətçi onu da deyib ki, yeni mahnılarını yayıma vermir: “Mahnılarımı piratlardan gizlədirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR