Bank Of Baku

Ərkan Özərman: “Azərbaycanda ən yaxşı best model yarışması məhz Ruhinin rəhbərliyi altında keçirildi”

Ərkan Özərman: “Azərbaycanda ən yaxşı best model yarışması məhz Ruhinin rəhbərliyi altında keçirildi”
# 13 noyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. ““Best model of Azerbaijan-2008” yarışması daha əvvəl keçirilən yarışmalardan çox fərqləndi. Əsas fərq isə dünyanın ən tanınmış modelyerlərindən olan Stefan Rolandın Bakıya gəlişi oldu. Ruhi nümayiş etdirdi ki, hətta “Best model of the world” yarışmasına da prezidentlik edə bilər”. APA-nın məlumatına görə, bu sözləri “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman “Best model of Azerbaijan-2008” yarışmasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, müğənni Nura Surinin “Best model of Azerbaijan-2009” yarışmasına rəhbərlik edəcəyi ilə bağlı verdiyi açıqlamaya da münasibət bildirib: “Bu, həqiqətə uyğun deyil. Yəqin həmin müğənni başqa Ərkan Özərmanla görüşüb. Mənim belə bir şeydən xəbərim yoxdur. Həmin xanım 2008-ci ildə bu yarışmaya rəhbərlik etmək istəyirdi. Amma alınmadı, çünki artıq bu yarışmanın rəhbəri müəyyənləşmişdi”.

Ə. Özərman Ruhinin dekabrın 6-da istanbulda keçiriləcək “Best model of the world”da qonaq qismində iştirak edəcəyini söyləyib. Bundan başqa, Ə. Özərman və S. Roland Ruhini dünyanın ən tanınmış modelyerlərin 2009-cu il yanvarın 26-da Parisdə keçiriləcək dəfliəsinə dəvət ediblər. Həmin dəfilədə ilk dəfə olaraq Azərbaycan modeli dünyanın məşhur modelyerlərinin geyimlərini nümayiş etdirəcək.

Tədbirin sonunda Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş Ömər Eldarovun Ərkan Özərman üçün hazırladığı heykəl türkiyəli qonağa təqdim olunub. Stefan Roland isə “Best model of Azerbaijan-2008” yarışmasında I, II və III yerə layiq görülən modellərə hədiyyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR