Bank Of Baku

Fransalı modelyer Stefan Roland Bakıda butik açacaq

Fransalı modelyer Stefan Roland Bakıda butik açacaq
# 13 noyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tanınmış fransız modelyeri Stefan Roland Azərbaycan paytaxtında butik açacaq. Bunu APA-ya açıqlamasında Stefan Roland özü deyib. Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən modelyer Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı bilgi topladığını bildirib: “Üç gün ərzində Bakını gəzdim və tarixi yerlərə getdim. Milli xörəklərinizdən daddım. Bakını, onun arxitekturasını və tarixiliyini qoruyun. Şəhər ilk baxışdan insanı özünə cəlb edir və adamda burada yaşamaq istəyi yaranır. Bütün bunları müşahidə etdikdən sonra mən Bakıda butik açmaq qərarına gəlmişəm. Yəqin ki, bu arzumu yaxın bir il müddətində həyata keçirəcəyəm”.

S. Roland hazırladığı ən ucuz paltarın dəyərinin 25 min avro olduğunu açıqlayıb: “Fikrimcə, hər bir modelyer öz işinə dəyər verməli və özünü hər zaman layiq olduğu zirvəyə çatdırmalıdır. Mənim hazırladığım geyimlərin qiyməti 25-30-40 min avro arasında olur. Müştərilərim isə dünyanın ən tanınmış simalarıdır”.

Qonaq Azərbaycanlı modelyerlərlə işbirliyi nəzərdə tutmadığını da əlavə edib: “Hər bir modelyerin öz üslubu, öz yolu var. Mən başqa modelyerlərlə əməkdaşlıq etmirəm və yəqin ki, heç vaxt etməyəcəyəm. Sadəcə, Azərbaycan modelyerlərinə beynəlxalq səviyyəyə çıxmağı və müxtəlif ölkələrdə moda nümayişləri təşkil etməyi məsləhət görürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR