Bank Of Baku

Fəxriyyə Xələfovanın “Roma moda həftəsi” üçün hazırladığı geyimlər nümayiş etdirilib

Fəxriyyə Xələfovanın “Roma moda həftəsi” üçün hazırladığı geyimlər nümayiş etdirilib
# 14 noyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova –APA. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə rəngkarlıq, qrafika, moda və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Sərginin açılış mərasimində çıxış edən universitetin rektoru Timurçin Əfəndiyev tədbirin çox əhəmiyyətli olduğunu deyib. Sərgidə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın da moda nümunələri nümayiş olunub. F. Xələfova bildirib ki, sərgidə Romada keçiriləcək “Roma moda həftəsi” üçün hazırladığı 7 yeni geyim modeli nümayiş olunub. Onun sözlərinə görə, bu geyimləri “Roma moda həftəsi”ndən əvvəl Azərbaycan ictimaiyyətinə təqdim etmək qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR