Bank Of Baku

Brillant Dadaşova Faiq Ağayevin ona dayanmadan pislik etdiyini bildirir

Brillant Dadaşova Faiq Ağayevin ona dayanmadan pislik etdiyini bildirir
# 19 noyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Mənim əsl sənəti olan heç bir insanla problemim yoxdur. Bilirsiniz ki, Azərbaycanda ilk dəfə verilişi olan sənətçi mənəm. Həmin verilişimə də bütün sənətçiləri qonaq dəvət edib, onları təriflə yola salmışam”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti Brilliant Dadaşova deyib. B. Dadaşova bir sənətdə adını çəkmək istəmədiyi yalnız bir nəfəri qəbul etmədiyini bildirib: “Kimi nəzərdə tutduğumu hər biriniz çox gözəl bilirsiniz. Çünki həmin insan mənə dayanmadan pislik edir. Mənim həmin insanla heç vaxt dostluq əlaqəm olmayıb, get-gəlimiz olmayıb. Mən həmişə demişəm və indi də açıq bildirirəm ki, həmin insanla bir səhnədə çıxışı etmək istəmirəm. Bu mənim qərarımdır və bu qərarı heç zaman dəyişməyəcəyəm”.

Qeyd edək ki, B. Dadaşovanın sənətçilərdən yalnız Faiq Ağayevlə münasibətlərində problemlər var. Bu münaqişə uzun illərdir, davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR