Bank Of Baku

Tarkan dekabrın 30-da ilk dəfə Heydər Əliyev Sarayında konsert verəcək

Tarkan dekabrın 30-da ilk dəfə Heydər Əliyev Sarayında konsert verəcək
# 19 noyabr 2008 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkan dekabrın 30-da Bakıda konsert verəcək. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, Tarkan ilk dəfə Heydər Əliyev Sarayında çıxış edəcək: “Artıq razılıq əldə olunub və konsertin tarixini müəyyənləşdirmişik. Həmin gün Azərbaycan tamaşaçıları möhtəşəm Yenil il şousunu seyr etmək imkanı əldə edəcəklər. Tarkan üç saata yaxın ən sevilən mahnılarını canlı ifa edəcək”.

Təşkilatçı hazırda konsertin biletlərinin qiymətinin müəyyənləşdirildiyini qeyd edib: “Biz biletlərin qiymətinin aşağı olmasına çalışacağıq”.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR