Bank Of Baku

Azərbaycan “Karaoke World ships” qurumuna üzv olacaq

Azərbaycan “Karaoke World ships” qurumuna üzv olacaq
# 19 noyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan yaxın aylarda beynəlxalq “Karaoke World ships” qurumuna üzv seçiləcək. Aparılan yazışmalardan sonra Azərbaycana gələn il keçiriləcək beynəlxalq karaoke yarışmasının final gecəsində iştirak etmək şansı veriləcək. Bu barədə APA-ya məlumat verən müsabiqənin təşkilat komitəsinin nümayəndəsi Zaur Kamal bildirib ki, qurumun üzvlüyünə Azərbaycanın xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, oranjemançı Yaşar Baxış, Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, “ŞFT” MMC-nin rəhbəri Fərhad Şabanov və “Stop klub”un rəhbəri Elçin Səmədovun namizədliyi irəli sürülüb: “Müsabiqədə ciddi məhdudiyyətlər yoxdur. 18 yaşından yuxarı olan istər azərbaycanlı, istərsə də xarici vətəndaşlar müsabiqəyə qatıla bilər. Onlar 2 milli, 2 ingilis və digər dillərdə mahnılar oxumalıdırlar. İştirakçılar arasında maraqlı və istedadlı gənclər çoxdur. Müsabiqəyə dekabrın 30-da yekun vurulacaq. İştirakçılar arasında bir oğlan, bir qız və bir qrup iştirakçı qalib seçiləcəklər. Onlar “Xəzər karaoke” milli mükafatı ilə təltif olunacaqlar və qaliblərə gələn il keçiriləcək beynəlxalq final gecəsində iştirak etmək şansı veriləcək”. Z. Kamal əlavə edib ki, müsabiqənin münsiflər heyətində Yalçın Rzazadə, Baba Vəziroğlu və Yaşar Baxış təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR