Bank Of Baku

Flora Kərimova İlhamə Quliyevanın məhkəməsində ifadə verəcək

Flora Kərimova İlhamə Quliyevanın məhkəməsində ifadə verəcək
# 19 noyabr 2008 15:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Moskvada Nəsibə Zeynalova adına Teatrının bədii rəhbəri və direktoru Sərxan Kərəmoğlunun Azərbaycanın xalq artisti İlhamə Quliyevaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başlayıb. S. Kərəmoğlunun APA-ya verdiyi məlumata görə, artıq iddia əsasında Yasamal rayon məhkəməsində iki proses keçirilib. Ölkə xaricində olması səbəbindən özünün ilk məhkəmə prosesində iştirak etmədiyini diqqətə çatdıran iddiaçı növbəti məhkəmə prosesində isə İ. Quliyevanın iştirak etmədiyini bildirib. Məhz bu səbəbdən də hər iki məhkəmə prosesi noyabrın 19-dək təxirə salınıb. Lakin bu gün bir daha İ. Quliyevanın Azərbaycanda olmaması səbəb gətirilərək yenidən məhkəmə prosesi noyabrın 21-i, səhər saat 10:00-a təyin olunub. S. Kərəmoğlunun bildirdiyinə görə, ayın 21-də keçiriləcək prosesdə xalq artisti Flora Kərimova şahid qismində ifadə verəcək: “İlhamə Quliyeva həm məni, həm də Flora Kərimovanı təxribatda günahlandırıb. İlhamə Quliyevadan təzminat tələb edəcəyəm, təzminatı almaq üçün sona kimi mübarizə aparacağam. Mənim əlimdə fakt və sübut var. Ancaq adını çəkmək istəmədiyim insanın heç bir faktı yoxdur. Bu təzminatı almaq mənə qismət olsa, pulu kimsəsiz uşaqlara verəcəyəm. İlhamə Quliyeva tərəfindən bu ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılan şikayət ərizəsi bütün müraciətlərə rəğmən hələ də məhkəməyə göndərilməyib. İlhamə Quliyevanın şikayət ərizəsinin mətninin dəyişdirilməsi ehtimalı da böyükdür”. Qeyd edək ki, S. Kərəmoğlu İlhamə Quluyeva tərəfindən təhqir olunduğunu bildirərək ona qarşı məhkəmə iddiası qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR