Bank Of Baku

“Varmısın, yokmusun” tok-şousunun aparıcısı Acun İlıcalını ölümlə təhdid ediblər

“Varmısın, yokmusun” tok-şousunun aparıcısı Acun İlıcalını ölümlə təhdid ediblər
# 20 noyabr 2008 08:35 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin ən populyar şou-proqramı olan “Varmısın, yokmusun”un aparıcısı Acun İlıcalı naməlum şəxsin təhdidinə məruz qalıb. APA-nın “Sabah” qəzetinə istinadən yaydığı məlumata görə, şəxsiyyəti məlum olmayan bir nəfər Acun Ilıcalıya mütəmadi zəng edərək onu ölümlə hədələyib. Bu barədə məlumat qəzetin televiziya verilişləri tənqidçisi Yüksel Altuğun köşə yazısında yer alıb: “Bir nəfər Acun İılıcalıya mütəmadi zəng vuraraq “Səni öldürməyim üçün mənə çoxlu pul verdilər. Amma mən vicdanımın səsini dinləyib, bu işdən vaz keçdim” deyib. Acun bunun bir zarafat olduğunu düşünsə də, mən təhdidi qulaq ardına vurmamasını, polisə xəbər verməsini məsləhət gördüm. Ölkə onsuz da başıxarab insanlarla doludur. Mənim tövsiyəmdən sonra Acun polisə müraciət edərək naməlum şəxs tərəfindən ölümlə hədələndiyi barədə məlumat verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR