Bank Of Baku

Azərbaycanlı Lalə Eyvazova “Dünya Barış Gözəli” seçilib

Azərbaycanlı Lalə Eyvazova “Dünya Barış Gözəli” seçilib
# 26 noyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 25-də Türkiyənin İstanbul şəhərində keçirilən “Dünya Mədəniyyət Gözəli” yarışmasında Azərbaycanı təmsil edən Lalə Eyvazova “Dünya Barış gözəli” seçilib. Bu barədə APA-ya məlumat verən “Azəri-Star Production”un rəhbəri Kamal Cenk İçten deyib ki, müsabiqədə dünyanın 18 ölkəsindən gözəllər mübarizə aparıblar. Canlı olaraq “Fashion TV”-də nümayiş olunan müsabiqədə K.C. İçten həm aparıcılıq edib, həm də münsiflər heyətində təmsil olunub. Azərbaycan təmsilçisi ilə bərabər “Dünya Barış Gözəli” nominasiyası türkiyəli gözəl Ece Ekrəmə də verilib. K.C.İçtenin sözlərinə görə, Azərbaycan və Türkiyə gözəlləri dünyanın bir çox ölkələrinə səfər edəcək və bir il müddətində bu titulu daşıayacaqlar. Müsabiqədə “Dünya Mədəniyyəti Gözəli” nominasiyasına hollandiyalı gözəl, “Miss Fashion” nominasiyasına finlandiyalı gözəl layiq görülüb. İştirakçılar ilk öncə öz təmsil etdikləri ölkələrin milli geyimlərdə, daha sonra çimərlik, gecə paltarı, sonda isə gəlinlik paltarında səhnəyə çıxblar. Qaliblər 14 tanınmış simanın təmsil olunduğu münsiflər heyəti tərəfindən seçilib. K.C.İçten onu da deyib ki, noyabrın 27-də Lalə Eyvazova və Ece Ekrəm, eyni zamanda özbəkistanlı və belaruslu gözəllər Bakıya gələcəklər.
Qeyd edək ki, “Dünya Mədəniyyət Gözəli” yarışmasında Azərbaycanı təmsil edən “Dünya Barış Gözəli” seçilən Lalə Eyvazova “Best model of the world-2007” model yarışmasında xüsusi mükafata layiq görülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR