Bank Of Baku

Rafet El Roman bu gecə Bakıya gələcək

Rafet El Roman bu gecə Bakıya gələcək
# 26 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Rafet El Roman bu gecə Bakıya gələcək. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, müğənni gecə saat 04:00 radələrində Bakıda olacaq. N. Emiloğlunun sözlərinə görə, R.E. Romanın budəfəki səfəri daha uzunmüddətli olacaq. Belə ki, sənətçi noyabrın 29-na kimi Bakının qonağı olacaq: “Sənətçi səfər çərçivəsində Bakını da gəzmək arzusundadır. Onu Bakının ən görməli yerlərinə aparacağam. Bu dəfə sənətçi bakılı pərəsətişkarları ilə də görüşmək arzusundadır”.
İki saata yaxın davam edəcək konsertdə sənətçi hit mahnılarını oxuyacaq. Onunla birgə səhnəyə gənc müğənni Yusif də çıxacaq. R.E. Roman gənc müğənni ilə birgə son zamanların hit mahnılarından birinə çevrilən “Aşkı viranə”ni ifa edəcək. Sənətçi Bakıda “Ambassador” otelində qalacaq.
Qeyd edək ki, konsertin informasiya dəstəyi www.apa.az və www.lent.az internet saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR