Bank Of Baku

Azərbaycandan “Best model of the world-2008” yarışmasına qatılacaq iştirakçılardan birinin Türkiyəyə getməsində problem yaranıb

Azərbaycandan “Best model of the world-2008” yarışmasına qatılacaq iştirakçılardan birinin Türkiyəyə getməsində problem yaranıb
# 26 noyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyədə keçiriləcək “Best model of the world-2008” yarışmasına Azərbaycandan qatılacaq iştirakçılardan birinin bu ölkəyə getməsində problem yaranıb. “Best model of Azerbaijan-2008”in layihə koordinatoru Nəzakət Hacıyeva APA-ya bildirib ki, “Best model of Azerbaijan-2008” yarışının qaliblərindən olan Esmira Novruzovanın sənədlərində problemlər var: “Ümumvətəndaşlıq pasportu almağa yaşı çatmayan iştirakçılarımızın qarşılaşacağı problemi aidiyyəti orqanlara danışıb, həll etdik. Məlum oldu ki, 18 yaşı olmayan şəxslər üçün notariusdan etibarnamə alınmalı və pasport yaşı çatanlardan birinin üstünə yazılmalıdır. Sadəcə, valideynlərin razılıq sənədi notariusda təsdiq olunmalıdır. Amma bəlli oldu ki, Esmiranın valideynləri qeyri-rəsmi şəkildə ayrılıblar. Esmiranın anası atasının onlarla yaşamadığını dedi. Bəlli oldu ki, Esmiranın atası Rusiyadadır və heç birinin onunla əlaqəsi yoxdur”.
N. Hacıyeva deyib ki, E. Novruzovanın “Best model of the world-2008” yarışında iştirakı üçün atasının mütləq razılığı olmalıdır: “Artıq neçə gündür bu problemin həlli üçün çalışırıq, bütün imkanlardan da istifadə edirik. Əgər bu məsələ həll olunmasa, mətbuat konfransı keçirib “Best model of the world-2008” yarışmasında Esmiranın yerinə kimin gedəcəyini açıqlayacağıq”.
Qeyd edək ki, “Best model of the world-2008” yarışı dekabrın 6-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR