Bank Of Baku

Rafet El Roman Bakıda növbəti dəfə konsert verib - FOTOSESSİYA

Rafet El Roman Bakıda növbəti dəfə konsert verib - <font color=red>FOTOSESSİYA</font>
# 28 noyabr 2008 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dünən türkiyəli sənətçi Rafet El Roman Bakıda növbəti konsertini verib. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən konsert “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutub. İki saata yaxın davam edən konsertə gələnlər arasında sənətçinin Bakıdakı fanatları da olub. Sənətçi iki mahnı ifa edəndən sonra özünü ona bənzədən pərəstişkarlarından biri gül dəstəsi ilə səhnəyə çıxaraq müğənniyə ürək sözlərini çatdırıb: “Mənim adım Elşad El Romandır. Sizin bütün konsertlərinizə gəlirəm. Hər dəfə sizinlə söhbət edəndə həyəcandan əsirəm. Hətta mən yeni Rafet El Roman kababı da bişirməyə başlamışam. Sizi də o kababı dadmağa dəvət edirəm”. R.E. Roman isə onun şərəfinə hazırlanan kababı mütləq dadacağını bildirib. Sənətçi pərəstişkarı ilə bərabər repertuarındakı mahnılardan birini ifa edib. R.E.Roman onunla şəkil çəkdirib imza almaq istəyində olan tamaşaçılarla xoş rəftar edib, onların istəklərini həyata keçirib: “İnanın ki, Azərbaycan üçün çox darıxmışdım və bu səfəri səbirsizliklə gözləyirdim. Bu səfərimdə bir başqa Bakını gördüm. Azərbaycan tamaşaçıları çox gözəl ürəyə sahibdirlər. Həm konsertə bilet alırsınız, həm də çiçəyə pul verib mənə gül dəstəsi gətirirsiniz. Bu ancaq Azərbaycan tamaşaçasına xas bir xüsusiyyətdir”.
Konsertin birinci hissəsində R. E. Roman tək çıxış etsə də, ikinci hissədə “Aşkı viranə” mahnısını birgə ifa etdiyi gənc müğənni Yusiflə birgə səhnəyə çıxıb. R. E. Roman Yusiflə “Aşkı viranə”ni iki dəfə oxuyub. Azərbaycana ilk dəfə səfər edən Yusif hind, ərəb, ispan dillərində də bir neçə mahnı oxuyub. R. E. Roman konsertdə həm ən çox sevilən mahnılarını oxuyub, həm rəqs edib, həm də gitara çalıb.
Konsertdən sonra jurnalistlərlə görüşən R. E. Roman konsertdən razılığını bildirib: “Düzdür, Azərbaycana ilk gəlişimlə budəfəki gəlişim arasında fərqlər var. O zamanlar daha isti qarşılanırdım. Ancaq konsertimə hələ də gəldiklərinə görə onlardan çox razıyam”.
Noyabrın 29-na kimi Bakıda olacağını bildirən sənətçi, bu gün paytaxtı gəzmək fikrindədir. R.E.Roman onu da deyib ki, bu gün o, paytaxtda kçeiriləcək toy mərasimlərindən birində də iştirak edəcək. Yusif isə Azərbaycanı çox svediyini dilə gətirib və tezliklə növbəti dəfə konsert vermək arzusunda olduğunu deyib. R. E. Roman və Yusif konsertdən sonra türkiyəli sənətçi Çelikin Bakıdakı “Paris” restoranın qonağı olublar.
Qeyd edək ki, konsertin infomasiya dəstəyi verən KİV-lər arasında www.apa.az internet saytı da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR