Bank Of Baku

Tarkan Bakıda “Şıkıdım”ı tar və kamançanın müşayiəti ilə ifa edəcək

Tarkan Bakıda “Şıkıdım”ı tar və kamançanın müşayiəti ilə ifa edəcək
# 01 dekabr 2008 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkan məşhur “Şıkıdım” mahnısını Azərbaycanın milli musiqi alətləri tar və kamançanın müşayiəti ilə ifa edəcək. Mahnının yeni versiyası ilk dəfə dekabrın 30-da sənətçinin Heydər Əliyev Sarayında verəcəyi konsertdə səslənəcək. Bunu APA-ya açıqlamasında Tarkanın Bakı konsertinin təşkilatçısı olan “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, dekabrın 30-da keçiriləcək konsertdə sənətçini tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edəcəklər: “Artıq mahnını tar və kamanın müşayiəti ilə səsləndirmişik. Əminəm ki, bu, yerli tamaşaçıların ürəyincə olacaq”. Konsertdə başqa sürprizlərin də olacağını vurğulayan təşkilatçı hələlik bunları açıqlamaq istəmir. N. Emiloğlu biletlərin qiymətinin 60-400 manat arasında olacağını söyləyib.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR