Bank Of Baku

Alişan Bakıya gəlir

Alişan Bakıya gəlir
# 05 dekabr 2008 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gecə Türkiyənin tanınmış sənətçisi Alişan Bakıya gələcək. “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında deyib ki, müğənni üç gün Bakıda qalacaq və bu müddət ərzində paytaxtı da gəzəcək. Alişanı 21 nəfərdən ibarət musiqiçi heyəti müşayiət edəcək. Dekabrın 6-da Heydər Əliyev Sarayında konsert verəcək Alişan üç saata yaxın canlı ifası ilə bakılı pərəstişkarlarını sevindirəcək. O, Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə ilə birgə səhnəyə çıxacaq.

Konsertə informasiya dəstəyi verən KİV-lər arasında www.apa.az internet saytı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR