Bank Of Baku

Böyük Britaniyanın tanınmış aparıcısı “Eurovision” yarışmasını şərh etməkdən imtina edib

Böyük Britaniyanın tanınmış aparıcısı “Eurovision” yarışmasını şərh etməkdən imtina edib
# 05 dekabr 2008 15:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Böyük Britaniyanın tanınmış radio və televiziya aparıcısı, “Eurovision” yarışmasının 35 illik şərhçisi Terri Voqan növbəti dəfə bu müsabiqəni şərh etməkdən imtina edib. APA-nın məlumatına görə, 70 yaşında olan T.Voqan Böyük Britaniyanın “Eurovision” müsabiqəsi üzrə 35 il dəyişilməz şərhçisi olub. Məlumata görə, 35 ildən sonra bu addımı atmağa T.Voqanı sözügedən müsabiqənin həddindən artıq siyasiləşdirilməsi səbəb olub. Aparıcı etiraf edib ki, bu qərarı vermək onun üçün çox çətin olub: “35 il radio və televiziyada bu yarışmanın şərhçisi olmuşam. Ancaq bu addımı atmağa məcbur oldum. Mənim “Eurovision” yarışması ilə bağlı il şərhçiliyim 35 il bundan əvvəl Dublində, sonuncusu isə Belqradda olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR