Bank Of Baku

Mənsum İbrahimov Türkiyədə konsert verib

Mənsum İbrahimov Türkiyədə konsert verib
# 05 dekabr 2008 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Mənsum İbrahimov Türkiyənin İzmir şəhərində konsert verib. O, konsertdə Niyazinin “Rast” simfonik muğamını ifa edib. Bu barədə APA-ya məlumat verən M. İbrahimov konsertin İzmir Mədəniyyət Sarayında simfonik orkestrin iştirakı ilə keçirildiyini deyib. M. İbrahimovu musiqiçiləri Elçin Həşimov və Elnur Əhmədov müşayiət ediblər. Konsertdə İzmir Simfonik Orkestrini azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edib. M. İbrahimov konsert proqramının dekabrın 7-də TRT-2 telekanalı ilə yayımlanacağını söyləyib. Konsertdən sonra Türkiyənin bir sıra şəhərlərinə dəvət aldıqlarını bildirən M. İbrahimov həmin təklifləri dəyərləndirəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR