Bank Of Baku

Alişan Yeganə ilə birlikdə Bakıda konsert verib

Alişan Yeganə ilə birlikdə Bakıda konsert verib
# 07 dekabr 2008 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 6-da Heydər Əliyev Sarayında türkiyəli sənətçi Alişan və Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganənin konserti olub. APA-nın məlumatına görə, “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə keçirilən konsert anşlaqla keçib. Səhnəyə ilk olaraq bir ildir, Türkiyədə yaşayan və artıq qardaş ölkənin şou-biznesinə qatılan müğənni Yeganə çıxıb. Azərbaycan üçün çox darıxdığını deyən Yeganə ilk dəfə olaraq Heydər Əliyev Sarayında konsert verdiyini söyləyib. O, 30 dəqiqə ərzində həm türk, həm də Azərbaycan mahnıları ifa edib. Səhnədə ailə qurmaq istəyini də dilə gətirən müğənni, artıq bunun vaxtının yetişdiyini etiraf edib: “Buradakı körpələri görəndə həvəsə gəlirəm. Bəlkə mən də ailə qurum, övladım olsun. Bunu çox istəyirəm. Həm də artıq vaxt çatıb”.

Yeganə ifasını bitirdikdən sonra səhnəyə Alişan çıxıb. O da repertuarında yer alan ən hit mahnıları pərəstişkarlarına ərməğan edib. Bunun Azərbaycanda artıq beşinci konserti olduğunu bildirən sənətçi bu konsertinin Müqəddəs Qurban Bayramı ərəfəsinə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Türkiyəli müğənni konsertdə tamaşaçı qismində iştirak edən həmyerlisi Çelik Erişçini də səhnəyə dəvət edərək, ondan bir mahnı ifa etməsini rica edib. Səhnəyə çıxana Çelik Azərbaycanın məşhur “Ayrılıq” mahnısını oxuyub.

Alişan daha sonra Azərbaycanda da çox sevilən “Var ya” mahnısını ifa edərək Heydər Əliyev Sarayının tamaşaçı zalını gəzib. Onunla şəkil çəkdirmək və imza almaq istəyən bakılı pərəstişkarlarının da arzusunu ürəyində qoymayıb.

Konsertdə Alişan və Yeganə Azərbaycanın xalq mahnısı “Dilbərim”i duet şəklində ifa ediblər.

Saat 19.30-da başlayan konsert saat 22:00-da başa çatıb. Konsertdən sonra Alişan və Yeganə Çelikin “La Paris” restoranında qonaq olublar.

Qeyd edək ki, konsertin informasiya dəstəyi www.apa.az və www.lent.az internet saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR