Bank Of Baku

Rusiya “Eurovision-2009” yarışmasının final mərhələsinin təşkili üçün federal büdcədən 1 milyard rubl ayıracaq

Rusiya “Eurovision-2009” yarışmasının final mərhələsinin təşkili üçün federal büdcədən 1 milyard rubl ayıracaq
# 10 dekabr 2008 16:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Eurovision-2009” müsabiqəsinin Moskvada keçiriləcək final mərhələsinin yüksək səviyyədə təşkil olunması üçün federal büdcədən 1 milyard rubl ayrılacaq. APA-nın məlumatına görə, bu barədə Moskva meri Yuri Lujkov “Eurovision” müsabiqəsinin simvolik açarını Belqrad merindən qəbul edərək bildirib. Onun sözlərinə görə, müsabiqənin təşkilatçılığı ilə bağlı Moskva üzərinə düşən məbləğin həcmi yaxın zamanlarda dəqiq müəyyənləşəcək. Avropa Yayım İttifaqı bu tədbirin təşkilinə 5 milyon İsveçrə frankı ayıracaq. Merin sözlərinə görə, mayın 16-da müsabiqənin finalının keçiriləcəyi “Olimpiyskiy” kompleksi modernləşdiriləcək, orada VIP-zona yaradılacaq, oturacaqlar dəyişdiriləcək, enerji təminatı sistemi quraşdırılacaq. Lujkov onu da bildirib ki, müsabiqənin təşkili üçün Belqraddan 2008-ci ildə “Eurovision”un təşkilində iştirak edən mütəxəssislər dəvət olunacaq. Moskva merinin birinci müavini Valeri Vinoqradov isə müsabiqəni izləmək üçün Rusiya paytaxtına gələcək qonaqlar üçün 22 mehmanxananın xidmət göstərəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR