Bank Of Baku

“Eurovision”da səsvermə sistemi dəyişib

“Eurovision”da səsvermə sistemi dəyişib
# 11 dekabr 2008 08:36 (UTC +04:00)
Moskva – APA. 2009-cu ilin may ayında Moskvada keçiriləcək 54-cü “Eurovision” musiqi yarışmasında səsvermə sistemi fərqli olacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Yayım İttifaqının təklifi ilə bundan sonra iştirakçılara xalların 50%-ni jüri üzvləri, 50%-ni isə SMS-lər vasitəsilə əhali verəcək. Bu sistem yalnız finalda tətbiq olunacaq, yarımfinallarda isə qaliblər əvvəlki kimi yalnız SMS-lərlə müəyyənləşəcək.

Qeyd edək ki, son illər “Eurovision” müsabiqələrində Baltik və slavyan ölkələrinin bir-birini dəstəkləməsi, Avropadakı türklərin isə yalnız Türkiyə təmsilçisinə səs verərək yaşadıqları ölkələrin qərarında ciddi rol oynaması narazılığa səbəb olurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR