Bank Of Baku

Bakı Dövlət Sirkində “Qış illüziyası ” adlı proqram nümayiş olunacaq

Bakı Dövlət Sirkində “Qış illüziyası ” adlı proqram nümayiş olunacaq
# 12 dekabr 2008 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yeni il bayramı münasibəti ilə Bakı Dövlət Sirkində “Qış illüziyası” adlı proqram təşkil olunacaq. Bu barədə APA-ya məlumat verən Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov proqramın nümayişinə dekabrın 26-da start veriləcəyini vurğulayıb. “Qış illüziyası”nın yanvarın ortalarına kimi davam edəcəyini vurğulayan M. Hümbətov proqramda Rusiyanın tanınmış sirk ustalarının iştirakı ilə maraqlı nömrələrinin nümayiş olunacağını qeyd edib. Nömrələrdə əsasən Böyük Moskva Sirkinin aktyorları çıxış edəcək. Proqrama boz ayılar attraksionu, “itlər məktəbi” və meymunların iştirakı ilə xüsusi nömrə, hava göstəriləri, klounlar, Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı nömrələr nümayiş olunacaq. İki saata yaxın davam edəcək “Qış illüziyası”nın biletlərinin qiyməti 4-10 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR